Nağıyev qardaşları və Eyyubovlar Əliyevi devirmək planı hazırlayır?
Apr 3, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published2 months ago
Duration10:52
Video ID5AnpHx6ssfM
Languageaz
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views37.1K
Likes2.1K
Comments142
Engagement Rate6.06%
Likes per 100 views5.67
Comments per 1K views3.82
Video Tags
Description
Redaksiyamıza sensasiyalı bir məlumat daxil olub. Məlumatda deyilir ki, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Əli Nağıyevin və Prezidentin Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Bəylər Eyyubovun rəhbərliyi ilə Əliyevin ailəsinin aradan götürülməsi ilə bağlı planlar cızılır. DTX rəisinə bu işdə birdən artıq xarici ölkə xüsusi kəşfiyyat orqanı da yardım edir. Hansı ki, hələ Nağıyev qardaşları Eldar Mahmudovun MTN-i zamanında o xarici ölkə kəşfiyyatlarından birinə bağlanmışdı. Onların tapşırığı ilə məsələn Türkiyə prezidenti Rəcəb Teyyib Ərdoğan 2007-ci ildə Bakiya gələrkən hava limanında xüsusi səs dinləmə aparatları ilə dinlənildiyi xəbərini almış və bunu İlham Əliyevlə görüşdə ona bildirmişdi. Qeyd edək ki, Əli Nağıyevin qardaşı Vəli Nağıyev əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin Bakı hava limanı üzrə rəisi idi. Daha sonra o, Milli Təhlükəsizlik Nazirliyinin Nizami Rayon bölməsinə rəis təyin edildikdə, hava limanında öz yerinə sadiq adamı Rafət Əliyevi təyin etdirmişdi. Rafət Əliyev Nağıyevlərin o qədər sadiq adamı idi ki, hətta nazirliyə verilməli olan məlumatları ilk öncə Nağıyevlərə çatdırırdı. İlham Əliyev hava limanındakı məsələni araşdırmaq üçün Eldar Mahmudova tapşırıq verir. Nəticədə Rafət və bir neçə nəfər işdən qovulur və 2008-ci ildə onlar məhkəmədə mühakimə olunurlar. Rafət 3 il həbs cəzası alır. O həbsdə olduğu zaman onun ailəsinə Vəli Nağıyev baxır. Azadlığa çıxdıqdan sonra isə Nağıyevlərin biznes strukturlarında ona yüksək gəlirli iş verilir. Əli Nağıyev Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olduqdan sonra isə Rafət Əliyev özünün keçmiş həbsinə görə bəraət almağa da müvəffəq olur. Bütün bunlar Nağıyevləri satmadığına görə Rafətə mükafat edilir. Nağıyevlərin bu kimi altdan-altdan iş görmələri barədə əlimizdə çox məlumatlar var. Demək olar ki, az qala bütün ölkədəki idarə binalarının təhlükəsizlik işini görən GESCO şirkəti vasitəsilə güdmədikləri dövlət rəsmiləri, xarici ölkə nümayəndələri qalmayıb. Və bu güdmələr heç də həmişə Azərbaycan naminə edilmir, həm fərqli xarici ölkə maraqlanıra xidmət edir, həm də özlərinin hazırki və gələcək maraqlarına. Bundan ona məlumat satır, ondan buna. Biz məlumatlıyıq ki, ölkə prezidenti İlham Əliyevin Nağıyevlərin bu hərəkətlərindən bəzən məlumat əldə edir və göz yumur. Yoxsa, acizdir və boyun əyir? Lakin vəziyyət indi daha da ciddiləşib. Əldə etdiyimiz məlumata görə, Əli Nağıyevin DTX rəhbərliyində qalıb-qalmaması artıq birinci ailədə müzakirə edilir. Nağıyevlər özləri də bundan xəbərdardır və narahatdırlar. Məlumatda deyilir ki, Nağıyevlər əvvəlcədən passiv hazırlıq içərisində olduqları çevriliş planını indi həyata keçirmək üçün aktivləşiblər. Bu planı həyata keçirməkdə Nağıyevlərə birdən artıq xarici ölkə kəşfiyyatı yardım edir. Onlar Nağıyevləri uzun illərdən bəri təhlükəsizlik orqanlarında pillə-pillə vəzifəyə qaldıranlar və gücləndirlənlər, xarici ölkələrdə biznes imperiyaları qurmalarında dəstək verənlər və eləcə də Əli Nağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi olduqdan sonra əlaqəsini və əməkdaşlığını sıxlaşdırdığı təzə xarici ölkə kəşfiyyatındakı dostlarıdırlar. Nağıyevlər çevriliş üçün əlisilahlı 1000 nəfərdən ibarət xüsusi silahlı dəstə də hazırlayıb. Nağıyevlər bu iş üçün bir neçə il ərzində həm hava limanı vasitəsilə qanuni şəkildə ölkə ərazisinə xarici ölkə vətəndaşlarını gətirib, onlara Azərbaycanda yaşamaq icazəsi və ya vətəndaşlıq aldırıb. Bu işdə Əli Nağıyevin hazırda Miqrasiya Xidmətinin rəis müavini olan qardaşı Vəli Nağıyev xüsusi rol oynayıb. Eləcə də bu işlə bağlı ölkəyə qaçaq yollarla Xəzər dənizi vasitəsilə xarici ölkə vətəndaşları gətirilib və onların da bəziləri sonradan Azərbaycanda qanuni yaşamaq icazəsi alıb. Xəzər dənizi vasitəsilə qaçaq gətirilənlərə isə Sahil Mühafizə Xidmətinin rəisi Müzəffər Pirizadə şərait yaradıb. Qeyd edək ki, Müzəffər Pirizadə Əli Nağıyevin qohumudur.
Redaksiyamıza verilən məlumatda bildirilir ki, çevriliş planının olması dəqiqdir. Planın necə həyata keçirilməsinə gəlincə, ehtimal olunur ki, bu plan ya İlham Əliyev və Mehriban Əliyeva ölkə daxilində olmadığı vaxtda və ya ən azından təkcə İlham Əliyevin xarici səfərdə olduğu zaman daha asan edilməklə, ya da hər ikisi ölkə daxilində olduğu zaman onların girov götürülməsi ilə Əliyevlər hakimiyyətinin devrildiyini elan etməklə baş tuta bilər.
Nağıyevlər çevriliş planını hansı güclə etməyi planlaşdırır?
Nağıyevlərin bir neçə ildir, ölkəyə müxtəlif yollarla daxil etdiyi və yaşamaq icazəsi aldığı xüsusi hərbi təlim keçmiş əcnəbilər, Nağıyevlərin GESCO şirkətinin xüsusi hazırlanmış idmançıları, DTX-da birbabaşa Nağıyev ailəsinə bağlı olan sadiq əməkdaşları, keçmiş polis işçilərindən ibarət bir dəstə, Eyyubovlara bağlı polis əməkdaşlarından ibarət xüsusi birlik və qeyri rəsmi təlimlər görmüş dəstə ümumilikdə bu işə cəlb ediləcəklər. Prezident ailəsinin təhlükəsizlik baryerinin aşılmasında isə Bəylər Eyyubov və ona PTX-da bağlı olan və hələ də hazırda işləyən, eləcə də əvvəlllər işləmiş dəstə kömək edəcək.
#AzadSöz #Bəyən #AbunəOl