Üstü açılmayan cinayətlər: Elgün İbrahimovun ölümündəki müəmmalar
Jul 4, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published1 week ago
Duration6:28
Video ID5YDliCUrgyQ
Languageaz
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views5.7K
Likes349
Comments50
Engagement Rate6.96%
Likes per 100 views6.09
Comments per 1K views8.72
Description
Ötən ilin may ayının 13-də həyatını itirmiş 17 yaşlı məktəbli Elgün İbrahimovun ölümündən bir il ötdü. Onun ölümü hələ də müəmmalı olaraq qalır.
O, Gəncədə, tərk edilmiş yataqxanada ağır yaralı vəziyyətdə tapılmış, xəstəxanada vəfat etmişdi.
Hökümətə yaxın medialar onun intihar etdiyini tirajlamışdı. Hüquq mühafizə orqanları isə bu ölümün əsl gerçəkliyini göstərməkdə maraqlı görünmədi və ya ictimaiyyəti inandıra bilmədi.
Ilkin olaraq mərhumun intihar etməsi, ehtiyatsızlıqdan yıxılması və ya ona ağır bədən xəsarəti yetirilməsi nəticəsində ölümün baş verməsi kimi versiyalar səsləndirilirdi.
Rəsmi açıqlamada isə qeyd edilirdi ki, Elgün İbrahimov hündürlükdən yıxılaraq aldığı xəsarətlər səbəbilə həyatını itirib.
Ailəsi isə onun intihar etmədiyini, döyülərək öldürüldüyünü bildirirdi.
Bütün bu fərziyyələr və iddialar, eyni zamanda rəsmi açıqlama insanlar arasında Elgünün ölümü ilə bağlı şübhələri daha da artırdı. Rəsmi açıqlamalar eyni zamanda hökumətyönlü medialarda onun intihar etdiyi dəfələrlə vurğulansa da, ictimaiyyət bu açıqlamalara inanmaq istəmədi.
“Bu insan işi deyildi”
Hadisə baş verən ilk günlərdə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgün İbrahimovun döyülərək tanınmaz hala gəldiyini deyirdi.
“Uşaq çox vəhşicəsinə döyülmüşdü. Uşağın başı yox idi, tikə-tikə idi, gözü yerdə idi. Qabırğaları sındırılmışdı. Döyülübsə, dəmirlə döyülüb. Bu insan işi deyildi. Bu vəhşilikdir. Belə adamlara cəmiyyət arasında yer yoxdur. 4-5 gün keçib bunlar hələ çöldədirlər. Tələb edirik ki, tapılsın cəzalandırılsın. Uşaq universitetə hazırlaşırdı, dərsləri yaxşı idi, davakar uşaq deyildi”,- dayısı ilk müsahibələrinin birində belə deyirdi.