29 yaşını həbsdə qeyd edən jurnalist Xəyalə Ağayeva kimdir?

Jan 18, 2026Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now
Meydan TV
Meydan TV

654K subscribers

View Channel

Video Overview

Video Details

Published5 months ago
Duration5:31
Video IDfypnh_6B5Dc
Languageaz
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views12.6K
Likes599
Comments154
Engagement Rate5.99%
Likes per 100 views4.77
Comments per 1K views12.25

Description

Xəyalə Ağayeva bu gün həbsdə 29 yaşını qeyd edir. Bəs, həbs xəbərinə belə ironik gülüşlə reaksiya verib, gücün, repressiyanın amansızlığını bayağılaşdıran Xəyalə kimdir?  Xəyalə Ağayeva 18 yanvar 1997-ci ildə, Bakıda anadan olub, təhsilini Rabitə Kollecində alıb. O, 2015-ci ildən Meydan TV-də jurnalist-reportyor olaraq çalışır. Peşə fəaliyyəti ərzində onlarla insanın sosial problemini işıqlandırıb, aksiyalara efir imkanı verib, seçki saxtakarlığı ifşa edib, bütün sistemi saran korrupsiyanın izinə düşüb. O, dəfələrlə saxlanmalarla, polis müqaviməti və pis rəftarla üzləşib. Xəyalə, 2019-cu il, mayın 29-da Prezident Administrasiyasının qarşısında peşə fəaliyyətini yerinə yetirən zaman polislər tərəfindən Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparılıb, 2 saat saxlandıqdan sonra sərbəst buraxılıb. 2019-cu il, oktyabrın 19-da Milli Şuranın etiraz aksiyasını işıqlandırarkən saxlanılıb, bu dəfə bir neçə saatlıq Nəsimi Rayon Polis İdarəsinin qonağı olub.  2020-ci il, iyulun 14–15-də Milli Məclisin qarşısındakı etiraz aksiyasını işıqlandıranda polislər tərəfindən təzyiqlə üzləşib, onun telefonu və xidməti vəsiqəsi əlindən alınıb.  2022-ci, dekabrın 14-də Xəyalə Ağayeva və həmkarı Aytac Tapdıq Xankəndi–Laçın yolunda etiraz aksiyasını işıqlandırmağa getsə də, orada "mülki geyimli və qara maskalı şəxslər" tərəfindən saxlanıldı və heç bir səbəb göstərilmədən və izahat verilmədən, onlar sadəcə maşına mindirilib geri göndərildi.  Xəyalə 2024-cü ilin sentyabrın 1-də keçirilən erkən parlament seçkisində deputatlığa Neftçaladan namizəd olmuş Vəfa Nağını jurnalist kimi izlədi. Məhz onun sayəsində Azərbaycan seçki tarixinin ən maraqlı proseslərindən biri ictimaiyyət üçün də əlçatan oldu, Xəyalə Neftçalanın nəbzini insanlara çatdırdı.  2024-cü il, noyabrın 15-də Xəyalə Ağayeva və Aytac Tapdıq COP29 zamanı heyvan hüquqları fəalı Kamran Məmmədlinin etirazını işıqlandıran zaman mühafizəçilər tərəfindən saxlanıldı. Ağayeva zorla xidməti otağa aparıldı, ardınca isə tədbir ərazisindən çıxarıldı.  Bütün bunlar Xəyalənin karyerası ərzində qarşılaşdığı təzyiqlərin sadəcə bir hissəsidir. O, dəfələrlə seçki saxtakarlıqlarını ifşa etmiş, buna görə də təzyiqlər görmüşdü.  Xəyalə qadın haqları fəallarından da biri idi və feministlərin ənənəvi 8 Mart etirazının ön sıralarında yer alırdı.  Xəyalə sayəsində Meydan TV izləyiciləri qazilərin etirazlarını, sosial problemlərdən əziyyət çəkən insanların səsini, səsi oğurlanmış seçicilərin, namizədlərin narazılıqlarını görürdü.  6 dekabr 2024-cü ilin səhər saatlarından Xəyalə Ağayevadan xəbər almaq mümkün olmadı. Bir neçə saat sonra məlum oldu ki, çoxdan gözlənilən baş verib və Ağayeva da digər Meydan əməkdaşları ilə birlikdə həbs edilib. Xəyalə həbsdə də təmkinini pozmadı… Ağayeva məhkəmədə özü haqda ittihamları sadə suallarla çürütdü, həbsdən də jurnalist fəaliyyətini davam etdirməyə çalışdı, onunla eyni kameranı bölüşən inanclı qadın Nigar Bağırovadan müsahibə aldı. Ursula K. Le Guinin ''Mülksüzlər'' əsərindən bir cümlə var: “həqiqət sonda qalib gəlir; günəşi bir qayanın arxasında gizlədə bilməzsən…”. Xəyalə Ağayeva da digər meydançılar kimi bir qaya arxasında gizlədilməyəcək qədər parlaq azad jurnalistika fəaliyyətinə davam edəcəklər.

Related Videos

More videos from Meydan TV