İran müharibəsinin ilk iki günü - Xamaneyi öldürüldü
Mar 1, 2026•Channel
AI Analysis
Data from YouTube Data API v3•Updated Just now
Video Overview
Video Details
Published4 months ago
Duration5:26
Video IDsvNAlLxqcVM
Languageaz
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video
Performance Metrics
Views2.2K
Likes115
Comments19
Engagement Rate6.12%
Likes per 100 views5.25
Comments per 1K views8.67
Description
İsrail və ABŞ-nin İrana qarşı 28 fevralda başlatdığı müharibədə Xamenei öldürüldü. Dini rejimin başçısı ölümlər siyahısında tək də deyil. İnqilab Keşikçiləri Korpusunun komandanı, general Məhəmməd Pakpur, Təhlükəsizlik üzrə məsləhətçi Əli Şamxani, Müdafiə naziri Əziz Nəsirzadə də ümumilikdə zərbələr nəticəsində ölən 40-a yaxın İran rəsmisi arasındadır. Xameneinin öldürülməsi bəzi bölgələrdə atəşfəşanlıqla da müşayiət olunub. Həmçinin, ölkədə 40 günlük matəm elan edilib, xeyli insan eks ali dini rəhbər üçün yas saxlayır. Ölkənin cənubunda Xameneiyə aid bir heykəl də bu gün aşırdılıb. İsrail Baş nazir Benjamin Netanyahu zərbələrin məqsədinin "İranda mövcud olan terror rejiminin yaratdığı ekzistensial təhdidi aradan qaldırmaq" olduğunu bildirib və əlavə edib ki, "birgə hərəkətimiz cəsur İran xalqının öz taleyini öz əlinə alması üçün şərait yaradacaq." - sitatın sonu. Azərbaycan XİN İran tərəfinə başsağlığı verib və xatırladıb ki, onun ərazisi İrana qarşı hücum üçün istifadə edilə bilməz.
Pezeshkian bugünkü çıxışında Ayətullah Əli Xameneinin vəfatı ilə bağlı başsağlığı ifadə edib və müvəqqəti rəhbərlik şurasının işə başladığını bildirib. Deyib ki, özü də İranın ruhani orqanı növbəti ali lideri seçərkən boşluq yaranmaması üçün yaradılmış üç nəfərlik müvəqqəti komitənin üzvüdür. O, məhkəmə hakimiyyəti rəhbəri Mohseni Ejehei və Ayətullah Əli Riza Arafi ilə birlikdə sistemi idarə edir.
BMT, Rusiya, Çin əməliyyatları qınayıb. İran dünəndən cavab olaraq İsrailə, həmçinin ərəb ölkələrindəki ABŞ hərbi bazalarına hücumlar edib. İran dronlarının səsi şəhərlərdə, lüks hotellər, alış-veriş mərkəzlərində də eşidilib. İran XİN başçısı, hələ də sağ olan Abbas Araghchi deyib ki, hərbi bazalardakı əsgərlər hotellərə yerləşdirildiyi üçün onlar bu binaları da hədəfə alırlar. Araghchi həmçinin deyib ki, yeni ali dini lider yaxın 2-3 gün içində seçiləcək. BƏƏ Müdafiə Nazirliyi deyib ki, onlar indiyədək 167 raket və 541 dronla baş ediblər. 35 dron ölkə ərazisinə düşüb, üç nəfərin ölümünə, 58 nəfərin yüngül xəsarət almasına səbəb olub.
İsrail və ABŞ təkcə hərbi obyektləri vurduqlarını desələr də, yayılan görüntülər bunun əksini də göstərir. İran cənubunda qızların ibtidai məktəbinə endirilən zərbə 153 nəfərin həyatına son qoyub, 95 nəfəri yaralayıb. İranın mülki itkilərinin isə ən az 200-dən çox olduğu deyilir.
Küveyt Müdafiə Nazirliyi deyib ki, onun qüvvələri 97 ballistik raketi və 283 dronu məhv edib. Bu əsnada bir nəfər ölüb, 32 nəfər yaralanıb.
İran bu gün üçün ən dağıdıcı hücum əməliyyatı vədi vermişdi İsrailə və ABŞ bazalarına qarşı. Beit Shemesh şəhərinə raket hücumunda 9 nəfər həyatını itirib.
İran bu gün, həmçinin Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn, İordaniya və Səudiyyə Ərəbistanına da hücumlar edib. İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) USS Abraham Lincoln gəmisinə dörd ballistik raketlə hücum etdiyini də bildirib. İran hərbi və siyasi liderlərin təhlükəsizliyini belə təmin edə bilmir. Bəhreyn, İraq, İsrail, İran, Küveyt, Qətər, Suriya və Birləşmiş Ərəb Əmirlikləri öz hava sahələrini bağlayıb.
Sürgündə olan keçmiş şah oğlu Pəhləvi keçid hökuməti hazırladığını deyib və ABŞ-da yerləşən İran Milli Demokratiya İttifaqı ilə əlaqəli "İran Rifah Layihəsi"ni irəli sürüb. Bu təşəbbüs İslam Respublikasının mümkün çöküşündən sonra İranın idarəçiliyinin ilk 180 günü üçün planları, o cümlədən iqtisadi sabitləşdirmə və institutların yenidən qurulması tədbirlərini əhatə edir. İran diasporası müxtəlif Avropa şəhərlərdə bayram mitinqləri təşkil edir.