İranda minlərlə etirazçı öldürülüb - küçələr döyüş meydanını xatırladır

Jan 13, 2026Channel
AI Analysis
Data from YouTube Data API v3Updated Just now
Meydan TV
Meydan TV

654K subscribers

View Channel

Video Overview

Video Details

Published4 months ago
Duration4:34
Video IDz1S2AXY1m80
Languageaz
CategoryNews & Politics
PrivacyPublic
Made for KidsNo
Video TypeRegular Video

Performance Metrics

Views3.9K
Likes263
Comments75
Engagement Rate8.73%
Likes per 100 views6.80
Comments per 1K views19.38

Description

İran etirazları: başından güllələnən gənclər və edam qorxusu İran küçələri gecələr döyüş meydanını xatırladır. Bu isə gündüz saatlarının Tehran görüntüləri. Digər görüntülərdə Həfşican şəhərində Qiyami adlı gəncin vurulduğu deyilir. Başqa bir videoda isə əsasən başından vurulmuş gənclər görünür. Onların bəziləri sağdır. Videonu blurlamaq məcburiyyətindəyik. Morqlardan, xəstəxanalardan yayılan görüntülər İrandakı son etirazların miqyasını təsəvvür etməyə qismən kömək edir, amma ölkə daxilində müstəqil media fəaliyyəti olmadığı üçün məlumatları dəqiqləşdirmək çox çətindir. Yayılan bəzi görüntülərdə təhlükəsizlik qüvvələrinin insanlara yaxın məsafədən atəş açdığı da görünür. Tehranın Şəriəti Kollecində toxuculuq və moda dizaynı tələbəsi olan 23 yaşlı Rubina Aminian yanvarın 8-də kollecdən çıxıb etiraz aksiyalarına qoşulduqdan sonra öldürülüb. Rubinanın ailəsinə yaxın mənbələr “İran İnsan Haqları Təşkilatına” bildiriblər ki, əslən Mərivandan olan bu gənc kürd qadın arxadan, yaxın məsafədən vurulub və güllə onun başına dəyib. Təşkilat yazır ki, ailə kollecin yaxınlığında bir yerə aparılıb və orada etirazlar zamanı öldürülən yüzlərlə gəncin cəsədi ilə qarşılaşıb. “Qurbanların çoxu 18-22 yaşlı gənclər idi və hökumət qüvvələri tərəfindən yaxın məsafədən başından və boynundan güllələnmişdilər” - xəbərdə deyilir. Ailə çətinliklə cəsədi təhvil alsa da, onlara dəfndə də maneələr yaradılıb. Rubina Aminianın ailəsi sonda onu cəsədini Kirmanşah və Kamyaran arasındakı yol kənarında dəfn etməyə məcbur olub. Ailə Kürdüstan vilayətinin Mərivan şəhərindəki bir neçə məscidə müraciət etdikdə, onlara məscidlərin bu cür mərasimlərə ev sahibliyi etməsinə icazə verilmədiyi bildirilib. İranın təhlükəsizlik rəsmisi “Reuters” agentliyinə bildirib ki, təhlükəsizlik işçiləri də daxil olmaqla, son etirazlar zamanı ölənlərin sayı təxminən 2000 nəfər ola bilər. İran insan haqları təşkilatı - IHR isə hələ dünən yazırdı ki, bəzi hesablamalara görə, 6000-dən çox insan öldürülmüş ola bilər. 8 yanvardan bəri internetin kəsilməsi və informasiyaya çıxışın ciddi məhdudiyyətləri səbəbindən bu məlumatları müstəqil şəkildə yoxlamaq olduqca çətindir. Son etirazlarda həbs olunanların sayının 10 mini keçdiyi təxmin edilir. Təşkilat yalnız 648 nəfərin ölümünü birbaşa təsdiqləyə bilmişdi. İranlılar son günlər xaricdəki ailələrinə ilk zənglərində dəhşətli ölüm və dağıntı səviyyələrini təsvir edirlər. Hengaw İnsan Haqları Təşkilatının məlumatına görə, ötən cümə axşamı saxlanılan 26 yaşlı etirazçı Əfran Sultani sabah edam ediləcək. Bu xəbər İran rəsmilərinin həbs edilənləri edamla təhdid edəndən sonra yayıldı. İran rəsmiləri və dövlət mediası etirazçıları terrorçu adlandırır, onları düşmən kimi təqdim edir. İndi əsas qorxu odur ki, İran hakimiyyəti tezliklə minlərlə etirazçını edam edib, etirazları susdurmağa çalışacaq. ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik qrupunun Ağ Evdə İranla bağlı variantları müzakirə etmək üçün görüş keçirməsi gözlənilir. Tramp dünən İranla iş görən ölkələrin ABŞ ilə ticarətdə 25% tariflə üzləşəcəyini də deyib. Amma daha əvvəl ABŞ prezidenti İran hakimiyyətini təhdid etmiş, etirazçıları öldürəcəkləri halda ağır cavabla üzləşəcəklərini demişdi. İndi gözlər Vaşinqtona, ABŞ-nin İrana müdaxilə üçün hansı yolu seçəcəyinə fokuslanıb. İran dövlət televiziyası deyirdi ki, hökumət iki həftəlik etirazlarda həlak olan təhlükəsizlik qüvvələrinin üzvləri də daxil olmaqla, "şəhidlər" üçün üç günlük milli matəm elan edib. Dünən hökumət tərəfdarlarını küçələrə axışıb, ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirdi. Yıxılsın minarələr, Kəsilsin azan səsi Nə məscid gərək bizə, Nə molla moizəsi Yaşasın ateizm

Related Videos

More videos from Meydan TV